kim cen in

Koreya Xalq Demokratik Respublikası Rusiyaya silah və hərbi sursat göndərməsi barədə iddiaları yalanlayıb.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz heç vaxt Rusiyaya silah və hərbi sursat ixrac etməmişik, belə bir planımız yoxdur”, – deyə Şimali Koreyanın Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Qərb mətbuatında Şimali Koreyanın Rusiyaya silah göndərməsi barədə xəbərlər yayılıb.

Paylaş: