Kim Çen İn Putinə məktubunda nə yazıb?

12 iyun Rusiya Günü münasibəti ilə Şimali Koreya lideri Kim Çen İn Vladimir Putinə məktub göndərib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Kim Çen məktubunda “imperialistlərə qarşı öz suverenliyini və gələcəyini müdafiə edən Rusiya xalqına tam dəstəyini və həmrəyliyini” ifadə edib və Putinə Ukrayna müharibəsində qələbə arzulayıb.

“Yoldaş Kim Çen İn vurğulayıb ki, bu gün ölkənin suverenliyinə, təhlükəsizliyinə və dinc həyatına xələl gətirməyə çalışan düşmən qüvvələrin artan təhlükə və çağırışlarına qarşı Rusiya xalqının mübarizəsi yeni kritik mərhələyə qədəm qoyur”, – Koreya Mərkəzi Xəbər Agentliyinin açıqlamasında deyilir.

Kim Çen “ədalətin qalib gələcəyinə və rus xalqının qələbə tarixini qeyd etməyə davam edəcəyinə inamını” ifadə edib.

KXDR liderinin sözlərinə görə, o, Pxenyanla Moskva arasında qonşuluq münasibətlərini və strateji əməkdaşlığı daha da gücləndirməyə hazırdır.