Kim Çen müharibəyə hazırlıqla bağlı tapşırıq verdi

Şimali Koreya lideri Kim Çen İn çevik əməliyyat təlimləri üçün nəzərdə tutulan ordu bazasına baş çəkib və hərbçilərin döyüş qabiliyyətinin artırılması üçün təlimlərin gücləndirilməsini əmr edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen İn bütün səviyyələrdə silahlı qüvvələrin müharibəyə hazırlıq prosesini sürətləndirilməsini tapşırıb.

“Döyüş hazırlığını sürətlə təkmilləşdirmək, yeniliklərə və müasir tələblərə uyğun olaraq qarşıdan gələn müharibəyə tam hazır olmaq üçün praktiki təlimlər artırılmalıdır”, – Koreya lideri bildirib.

Xatırladaq ki, martın 4-də Cənubi Koreya və ABŞ “Azadlıq Qalxanı” adlı genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb. Pxenyan bunu birbaşa təhlükə hesab etdiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az