Qazaxın kəndlərinə görə təcili iclas çağırıla bilər

Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim var” fraksiyaları Milli Assambleyanın təcili iclasının çağırılmasını tələb edirlər. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan məlumat yayıb.

Deputat bildirib ki, iclasın əsas mövzusu Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasıdır:

“Biz tələb edirik ki, hakimiyyət hansı əsaslarla Tavuş bölgəsinin bir hissəsinin Azərbaycana məxsus olduğu iddiasını irəli sürdüyünü izah etsin”.

Qeyd edək ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxın Bağanis-Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin Azərbaycana aid olduğunu açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az