lacin 11111 222 900x562 2

“2020-ci ildə Kəlbəcər və Laçın rayonlarını tərk edən erməni silahlı qüvvələrinin, eləcə də həmin ərazilərdə yaşayan ermənilərin meşələri yandırması ilə bağlı görüntülər Azərbaycan ictimaiyyətinin yaddaşındadır”.

Bunu Globalinfo.az-a deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, bu cür əməllər təkcə ətraf mühitə deyil, bütövlükdə gələcək nəsillərin təbii irsinə qarşı törədilmiş ciddi zərərdir:

“Təbiət hər hansı siyasi və ya hərbi qarşıdurmanın hədəfinə çevrilməməlidir. Meşələrin qəsdən yandırılması nəticəsində illər ərzində formalaşmış ekosistemə, canlı aləmə və biomüxtəlifliyə ciddi ziyan dəyir. Xüsusilə KəlbəcərLaçın kimi zəngin meşə örtüyünə, unikal təbiətə malik ərazilərdə belə fəsadların aradan qaldırılması uzun illər tələb edə bilər. Ərazini tərk edərkən təbiətə zərər vurmaq heç bir halda məqbul davranış sayıla bilməz”.

lachin 3

26.11.2020. Ermənilər Laçında evləri yandırır

Deputat qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ekoloji vəziyyətin qiymətləndirilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi və təbiətin bərpası istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır:

“Hesab edirəm ki, bu kimi hallarla bağlı faktlar beynəlxalq ictimaiyyətə sənədləşdirilmiş, foto və video materiallarla təqdim edilməli, təbiətə vurulan zərərin miqyası obyektiv şəkildə ortaya qoyulmalıdır. Çünki ətraf mühitə qarşı törədilən əməllər siyasi mövqelərdən asılı olmayaraq bütün cəmiyyətlərin və beynəlxalq qurumların məsuliyyətlə yanaşmalı olduğu məsələdir”.

ermeniler-lacinda-da-evleri-yandirir

Ləman İmran
Globalinfo.az

Paylaş: