Keçən il ölkədə neçə partlayış olub? – Rəsmi

2023-cü il ərzində respublika ərazisində 44 partlayış hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu 2022-ci il ilə müqayisədə 31 hadisə və ya 41% azdır.

Partlayışlar zamanı 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb və 3 nəfər xilas edilib.