“Rusiyanın NATO-ya qoşulmaq istəyinin rədd edilməsi Moskvanın alyansla münasibətlərində ən aşkar məqam idi və Vaşinqtonun təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirdi”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
Jurnalist iddia edib ki, NATO-nun bütün məqsədi Rusiyanı “Qərb kimi” davranmağa məcbur etməkdir, buna görə də bu imtina aşkar və ziddiyyətli hesab edilə bilər.
O, ABŞ-ın keçmiş prezidenti Corc Buşun Rusiyanın NATO-ya üzvlük tələbini necə rədd etdiyini xatırladıb:
“Düşmən hesab etdiyimiz insanlar indi bizim dostumuzdur. Niyə Rusiyanın NATO-ya qoşulmasını istəmirik? Görünür, istəməli olduğumuz ilk şey budur, axı NATO-nun əsas məqsədi Rusiyanın Qərb kimi davranmasını təmin etməkdir. Yaxşı, onlar bunu istəyirlər, biz isə imtina edirik. O anda hər şey aydın oldu. Düşünürəm ki, bu, son 30 ilin ən təsirli anıdır – biz Rusiya ilə müharibə istəyirik”.
Karlsonun fikrincə, bu mesajı təbliğ edən insanlar nədənsə Rusiyanın onlara məxsus olduğuna və Moskvanın hərəkətlərinə nəzarət etmək hüququna malik olduqlarına inanırlar.
Jurnalistin sözlərinə görə, həmin insanlar Rusiyanı onun resurslarını əldə etmək üçün bölmək istəyirlər və bunu gizlətmirlər, hətta dəfələrlə bəyan ediblər.
Taker Karlson həmçinin NATO-nun Rusiyanı məhv etmək üçün Ukraynadan istifadə etdiyini bildirib.
Qeyd edək ki, 2001-ci ildə Vladimir Putin ABŞ Prezidenti Corc Buşla görüş zamanı Rusiyanın NATO-ya üzvlüyü məsələsini gündəmə gətirmişdi. Putin Rusiyanın alyansdan kənarda qalmasını sual etmiş, Moskvanın NATO-ya qoşulmasının mümkün olub-olmadığını soruşmuşdu.
Əliyar Xəlil
Globalinfo.az