Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Globalinfo.az xəbər verir ki, Orxan Məmmədov 2025-ci ilin mart ayınadək Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2025-ci il martın 4-də Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.
Onun 37 yaşı olduğu bildirilir.