“TRIPP-in layihələndirmə işlərinə bu gün başlanılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Qriqoryan bildirib ki, yolun dizaynının hazırlanmasına start verilir:
“Eskizləri müzakirə üçün təqdim edəcəyik, bundan sonra isə faktiki dizayn işlərinə başlanacaq”.
Baş nazir Nikol Paşinyan da layihənin həyata keçirilməsi üçün ABŞ-la ortaq şirkətin qurulması prosesinin başa çatmaq üzrə olduğunu söyləyib.
Əliyar Xəlil
Globalinfo.az