Kahramanmaraşda yenə zəlzələ oldu

Türkiyədə fevralın 6-da baş vermiş iki dağıdıcı zəlzələdən sonra təkrar yeraltı təkanlar yaşanır.

Globalinfo.az xəbər verir ki, belə təkanlardan biri də bu gün axşam saatlarında Kahramanmaraşda qeydə alınıb.

AFAD-dan verilən məlumata görə, zəlzələ 4,5 gücündə olub.

Episentri Onikişubat mahalı olan təkanların ocağı 9.8 km dərinlikdə yerləşib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.