Kadırov Putinə Çeçenistanın ali mükafatını təqdim etdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının ali mükafatı olan Əhməd Kadırov ordeni ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.

“Çeçenistan Respublikasının ali mükafatı – Əhməd Hacı Kadırov adına bir nömrəli ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təqdim edilib. Rusiya Prezidentinin ordenlə təltif edilməsi haqqında fərman hələ 2007-ci ildə imzalanıb, lakin bütün bunlar Respublikamızın bərpasında əvəzsiz xidmətləri olan və tarixinin ən çətin dövründə xalqa dəstək olan bir şəxsə regionun ən ali mükafatını təqdim etmək üçün münasib imkan olmayıb”, – deyə Kadırov Telegram kanalında qeyd edib.