İsveçdə Türkiyə səfirliyinin qarşısında Quranın yandırılmasına icazə vermədilər

İsveç polisi Türkiyə səfirliyinin qarşısında növbəti dəfə “Qurani-Kərimin”in yandırılmasına icazə verməyib.

Globalinfo.az APA-ya istinadən xəbə rverir ki, bu barədə Stokholm polisinin mətbuat katibi Ola Österlinq məlumaqt verib.

O bildirib ki, bu qərarı verməzdən əvvəl İsveç Təhlükəsizlik Xidməti ilə vəziyyəti müzakirə edib və nümayişin keçiriləcəyi təqdirdə ictimai asayişin və təhlükəsizliyin təmin oluna bilməyəcəyini qiymətləndirib.

Polis bildirib ki, bu dəfə icazənin verilməməsi qərarı dəyişən təhdid mənzərəsi əsasında qəbul edilib.

Müraciət edən şəxs nümayişi fevralın 9-da saat 12-də keçirmək istəyib. Polis bu dəfə icazə üçün müraciət edənin Rasmus Paludan olmadığını, ancaq “mədəni birliyi təmsil edən başqa şəxs” olduğunu bildirib.