1666008806 31d22f08 1167 4c2b 9616 a5853e7a57eb

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Türkiyə NATO-ya üzv olmaq üçün bir sıra tələblər irəli sürür, ölkəsi isə buna nail ola bilmir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Xalq və Müdafiə” adlı konfransda çıxışı zamanı danışıb.

Baş nazir Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verəcəyinə əminliyini ifadə edib.

“Türkiyə bizim vəd etdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, lakin bizim onlara verə bilmədiyimiz və ya vermək istəmədiyimiz şeyləri istədiklərini deyirlər”, – deyə Kristersson qeyd edib.

Paylaş: