Müharibənin qarşısını almaq mümkün deyil – Petrosyan

“Çoxları əmindir ki, güzəştlər yolu ilə müharibənin qarşısını almaq mümkündür, lakin bu, belə deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Xalq Birliyi” partiyasının sədri Suren Petrosyan deyib.

“Biz uzun müddətdir ki, müharibə təhlükəsi ilə qorxuduluruq. Deyirik ki, təslim olmasaq, bu zaman müharibə başlayacaq. Çoxları əmindir ki, güzəştlərlə müharibənin qarşısını almaq olar, lakin bu, belə deyil. Problem tamam başqadır”, – deyə Petrosyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az