qgSNN6rLdFDJkufYHiS2AtTyoXBct0yCX2aoTBSP

İyunun 8-də İstanbulun erməni patriarxı arxiyepiskop Sahak Maşalyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İstanbulda yerləşən Erməni Apostol Kilsəsi məlumat yayıb.

Görüşdə Türkiyənin ədliyyə naziri Akın Gürlek, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və millət vəkili Sevan Svaçoğlu da iştirak ediblər. Görüş zamanı

Türkiyədəki erməni icmasını maraqlandıran məsələlər müzakirə olunub. İskəndərundakı Müqəddəs Qırx Körpə Kilsəsinin və Diyarbəkirdəki Müqəddəs Sarkis Kilsəsinin bərpa işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Arxiyepiskop Sahak Maşalyan erməni icması adından Türkiyə Prezidentinə diqqətinə görə təşəkkür edib, ona cansağlığı və uğurlar arzulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: