thumbs b c be6df28df7d106145ed8dc863e7ca73e

İstanbulda bir türkün “McDonalds”ı boykotetmə üsulu dünya gündəminə düşüb.

Globalinfo.az xəbər verir ki, o, restoranın İstanbul filialına daxil olaraq özü ilə gətirdiyi bir qutu siçovulu yerə atıb.

Qutunu boşaltdıqdan sonra “müsəlmanların deyil, bu siçovulların ətini yeyin”, – deyə qışqırıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə yayılır.

Qeyd edək ki, Türkiyədə İsrailə etiraz məqsədilə “CocaCola”, “Fanta”, “McDonald” kimi yemək və içki markaları, Qəzzadakı vəziyyətlə əlaqələr kütləvi şəkildə boykot edilir.

Əliyar Xəlil
Globalinfo.az 

 

Paylaş: