İsrailli nazir Xameneiyə səsləndi: “Buna görə Tehran yanacaq”

1741414075 israel

İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, nazir IDF Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, Mossad direktoru David Barnea və digər yüksək səviyyəli hərbi rəsmilərlə görüşündə Tehrana səslənib.

Katz İranı hədələyərək İsrailə hücumların davam etdiriləcəyi təqdirdə Tehranın “yanacağını” bildirib.

“Xamenei İran vətəndaşlarını girova çevirir və onların İsrail mülki şəxslərinə qarşı törədilən cinayətlərə görə ağır bədəl ödəyəcəkləri reallıq yaradır”, – Katz qeyd edib.