İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs başladı

İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs rejimi noyabrın 24-ü saat 9-dan başlayıb.

Globalinfo.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, əldə edilən razılaşmaya əsasən, 13 nəfərdən ibarət ilk girov noyabrın 24-də saat 18-də Qəzza Zolağından çıxarılacaq.