İranın raket hücumlarından sonra İsrail rəsmilərindən sərt açıqlamalar gəlib.
Globalinfo.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “Tehran bu gecə yanmalıdır” deyərək İrana qarşı kəskin cavab tədbirlərinə çağırış edib.
Hakim partiyanın deputatı və Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvü Amit Halevi isə İranın raket zərbələrinə cavab olaraq döyüş əməliyyatlarının “tam güc və intensivliklə dərhal bərpa edilməsinin” vacibliyini vurğulayıb.
Halevi İsrailin yalnız məhdud və ya “proporsional” cavabla kifayətlənməməli olduğunu bildirərək, Tehrana qarşı daha sərt hərbi addımların atılmasının zəruriliyini qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az