İsraildən Ərdoğana xüsusi məktub göndərildi – FOTO

HƏMAS qruplaşması tərəfindən əsir saxlanılan İsrail vətəndaşlarının ailələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndəriblər. 

Globalinfo.az xəbər verir ki, məktubu “CNN Türk” müxbiri Fulya Öztürk əldə edib.

Əsir və girovların ailələri məktubda Türkiyə Prezidentindən kömək istəyiblər:

“Dəhşətli ağrılar çəkirik. Bildiyiniz kimi, hazırda zaman çox vacibdir. Onların vəziyyətinin hər keçən saat daha da ağırlaşmasından narahatıq. Ona görə də sizə humanitar məqsədlə müraciət edirik. Əsir və girovların sağ olub-olmadıqlarını öyrənməyiniz, tibbi ehtiyaclarının təmin edilməsi üçün vasitəçi olmağınız, onların dərhal azad edilməsi üçün dəstək verməyinizi istəyirik”.

İsrailliler Erdoğana mektup yazdı... Rehine ailelerinin yardım mektubuna CNN Türk ulaştı

Ayşən Mustafa
Globalinfo.az