İsraildə terror aktı törədənin kimliyi məlum oldu – Ölənlər və yaralananlar var

Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxs HƏMAS-ın üzvü olub.

Terrorçu Fadi Ayeş Yerusəlimin Neve Yaakov məhəlləsində ibadətdən sonra sinaqoqdan çıxan insanlara atəş açıb.

Daha sonra terrorçu avtomobilinə minərək hadisə yerindən qaçıb. Polis terrorçunu zərərsizləşdirib.

Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

***

İsrailin Yerusəlim şəhərinin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumatda bildirilib ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Atışmada şübhəli bilinən şəxs güllələnib.