“Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri İsrail Ukraynaya heç bir yardım göstərməyib. Baxmayaraq ki, İsrail başqa dövlətlərə silah ixrac edir”.
Globalinfo.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ouest-France” nəşrinə müsahibəsində deyib.
“Mən şoka düşdüm. İsrail bizə heç nə vermədi, heç nə, sıfır… Başa düşürəm ki, onlar öz torpaqlarını, maraqlarını müdafiə etməlidirlər, amma İsrailin başqa ölkələrə silah ixrac etdiyi barədə məlumatlar alıram”.
Zelenski əlavə edib ki, o, ölkə liderlərini günahlandırmır.
“Mən liderləri qınamıram. Sadəcə faktları deyirəm: İsrail rəhbərliyi ilə müzakirələr olub və bu müzakirələr yekunda Ukraynaya kömək etməyib. Bu məsələdə şübhəsiz ki, Rusiyanın İsrailə təsiri ciddi rol oynayır”.
V.Zelenski bildirib ki, o, İsraili müstəqil dövlət hesab edir. Prezident həmçinin deyib ki, İsrailin vətəndaş cəmiyyəti Ukraynanı dəstəkləyir.
“Niyə bizə hava hücumundan müdafiə sistemləri vermirsiniz?” – deyə Ukrayna prezidenti İsrailə sual ünvanlayıb.