“İsrail təhlükə ilə üz-üzədir” – Netanyahu

“İsrail ekzistensial təhlükə ilə üz-üzədir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, son həftələr İsraildə hökumətə qarşı kütləvi etirazlar yenidən başlayıb.

“İsrail hazırda ekzistensial təhlükə ilə üz-üzədir və ölkənin milli birliyə ehtiyacı var. Biz Qəzza zolağında terrora qalib gəlmək, girovları azad etmək və İranın yaratdığı bütün təhlükənin qarşısını almaq məcburiyyətindəyik. Bütün bunlar çox vacib məsələlərdir və öz-özlüyündə iki mühüm amili ehtiva edir. Birincisi, iddialı olmaq, ikincisi isə birlikdir”, – deyə Netanyahu vurğulayıb.

Qeyd edək ki, son həftələr İsraildə hökumətə qarşı kütləvi etirazlar yenidən başlayıb və nümayişçilər növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Əliyar Xəlil
Globalinfo.az