“İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında əməliyyatlarını davam etdirir və HƏMAS-ın hədəflərinə zərbələr endirir”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“HƏMAS hələ də razılaşma üzrə öhdəliklərini yerinə yetirməyib və azad ediləsi girovların adlarını açıqlamayıb. Yanvarın 19-da İsrail ordusunun artilleriyası və aviasiyası Qəzzanın şimalında və mərkəzində bir sıra hədəflərə zərbə endirib”, – məlumatda vurğulanıb.
Qəzzadakı səhiyyə qurumu İsrail Ordusunun zərbələri nəticəsində ölənlərin sayının 9 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, bir qədər əvvəl İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-ın girovların siyahısını açıqlamaması səbəbində atəşkəsi təxirə saldıqlarını bəyan edib.
Safura Bənnayeva
Globalinfo.az