İsrail Suriyaya zərbə endirdi: SEPAH-ın generalı və daha 5 zabiti öldü – YENİLƏNİB

İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb.

SEPAH zabiti Məhəmməd Əmin Səmədi Dəməşq hücumunda aldığı yaralardan ölüb.

***15:15

İsrailin Dəməşqə raket hücumu nəticəsində İran İnqilab Keçikçiləri Qvardisyanın (SEPAH) Qüds qoşununun generalı və daha 4 zabiti ölüb.

Globalinfo.az xəbər verir ki, SEPAH məlumatı təsdiqləyib.

Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində ölüb.

Məlumata görə, hücum 3 təyyarə ilə reallaşdırılıb. İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb.

***14:24

İsrailin Suriyanın Dəməşq şəhərinə endirdiyi hava hücumunda 4 iranlı hərbi müşavir öldürülüb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

***14:04

İsrailin Suriyaya endirdiyi hava zərbələri nəticəsində iki yüksək rütbəli SEPAH müşaviri öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin kəşfiyyat komandiri, eyni zamanda, digər yüksək rütbəli SEPAH üzvü İsrailin Dəməşqə hücumu nəticəsində öldürülüb.