sekel

İsrail iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə əhəmiyyətli dərəcədə canlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, ikinci rübdə İranla gərginlik və Qəzza zolağında davam edən müharibə fonunda analitiklər iqtisadiyyatın zəifləyəcəyini düşünürdülər. Lakin onların proqnozları özünü doğrultmayıb və İsrail iqtisadiyyatı dirçəlib.

Ölkənin Mərkəzi Statistika Bürosunun məlumatına görə, İsrailin ÜDM-i iyul-sentyabr aylarında əvvəlki rüblə müqayisədə illik 12,4% artıb.

İqtisadi dayanıqlılıq Təl-Əviv fond indekslərinin yeni rekord həddə çatmasına səbəb olub və şekel 2025-ci ilin əvvəlindən bəri dollara qarşı təxminən 11% möhkəmlənərək üç il yarımın ən yüksək həddini keçib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: