israele benjamin netanyahu

Bu gün Livan ərazisindən İsrailə azı 34 raket atılıb. Onlardan 25-i hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 5-i İsrail ərazisinə düşüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamanın yekun məlumatlar olmadığı vurğulanıb.

***17:10

Livandan İsrailə kütləvi raket hücumu başlayıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu haqda İsrailin “kodkodgroup” Teleqram kanalı məlumat yayıb.

Atılan raketlərdən 15-i Dəmir Qübbə tərəfindən zərərsizləşdirilsə də, yaşayış yerlərinə düşən raketlər də var.

Hücum nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Baş nazir Netanyahu Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Hayfa hava limanı və ölkənin şimal hissəsində hava məkanı uçuşa bağlanıb. İsrail qırıcılarının Livan istiqamətində uçuşlar keçirdiyi bildirilir.

Paylaş: