İsrail qırıcıları Qəzzaya zərbələr endirdi

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, nəticədə bir neçə hədəf vurulub, HƏMAS qruplaşmasının onlarla silahlısı məhv edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.