İsrail Müdafiə Qüvvələri Livana hava hücumları nəticəsində SEPAH-ın daha bir komandirinin öldürüldüyünü bildirib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Qeyd olunur ki, öldürülən Hişam Əbdül-Kərim Yassin “Hizbullah”ın rabitə bölməsində və SEPAH-ın Fələstin Qüds Qüvvələrində əsas komandirlərdən biri olub.
O, İranın yerli hərbi birləşməsində rabitə bölüyünün komandiri olub.