İsrail ordusu bu bölgəyə əlavə qüvvələr göndərir

İsrail ordusu İordan çayının qərb sahilinə fələstinlilərlə yəhudilər arasında qarşıdurmalar səbəbindən əlavə qüvvələr göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.

Qeyd edilir ki, qarşıdurmalar səbəbindən onlarla fələstinli və yəhudi xəsarət alıb.

Xatırladaq ki, bölgədə yəhudi yeniyetmənin öldürülməsindən sonra gərginlik artıb.