iran raket 900x600 2

İran ABŞ-la mümkün yeni hərbi qarşıdurmanın əvvəlki müharibədən daha uzun müddət davam edə biləcəyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya danışıb.

General bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin müddətini, eləcə də onun hansı şərtlərlə başa çatacağını diktə edə bilməyəcək.

İran mediasının məlumatına görə, Xamenei hərbi rəhbərliyə döyüş əməliyyatlarının yenidən başlanması ehtimalını nəzərə alaraq ABŞ və İsrailə məxsus potensial hədəflərin siyahısını yeniləməyi tapşırıb. Bu siyahıya müxtəlif fiziki və qeyri-fiziki obyektlərin daxil edilməsi nəzərdə tutulur. 

Paylaş: