tramp 1123

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çin haqqında kəşfiyyat məlumatları topladığını, həmin ölkələrin də ABŞ-a qarşı eyni addımı atdığını bildirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

    Bunu narahatlıq doğuran hal hesab etmədiyini vurğulayan Tramp Çin və Rusiyanın ABŞ-ı izlədiyini, lakin Vaşinqtonun da bu ölkələrə qarşı eyni fəaliyyəti həyata keçirdiyini deyib.

    “Biz bunu onlardan daha yaxşı edirik, ona görə də narahat olmayın”, – Tramp əlavə edib.

    Tramp hansı kəşfiyyat məlumatlarının toplanıldığını və bu məsələni kimlə müzakirə etdiyini açıqlamayıb.

    Paylaş: