tehran 99 900x600 1

İran ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra Rusiyadan sifariş etdiyi Su-35 qırıcı təyyarələrini almağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminya “Tabnak” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran daha əvvəl təyyarələri münaqişə başlamazdan əvvəl təhvil almağı planlaşdırsa da, indi onların müharibədən sonra əldə edilməsi nəzərdə tutulur.

Əkrəminya vurğulayıb ki, qırıcıların alınması ilə bağlı danışıqlar və hazırlıq işləri bir neçə il davam edib.

Artıq İran pilotlarının həmin təyyarələri idarə etməsi üçün hazırlıq prosesi də başa çatıb.

İran ordusunun nümayəndəsi münaqişə başa çatdıqdan sonra ölkənin hərbi aviasiyasının daha da güclənəcəyinə əminliyini ifadə edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: