İsrail Livan ərazisinə yenidən hava zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Hava zərbələri nəticəsində Hizbullahın elit bölməsinin komandiri Məhəmməd Qasım əl-Şaer məhv edilib.
Onun İsrailə qarşı bir çox hücumlarda iştirak etdiyi bildirilir.
Əl-Şaer İsrail sərhədindən təxminən 40 kilometr aralıda, Bekaa vadisində Qaraun gölü yaxınlığındakı yolda hücuma məruz qalıb.
Hizbullah öz komandirinin öldüyünü təsdiqləyib.
Müşviq Tofiqoğlu
Globalinfo.az