İsrail kəşfiyyatı 2023-cü ildə Netanyahuya niyə dəfələrlə xəbərdarlıq edib?

“Netanyahu 2023-cü ilin yaz və yay aylarında hərbi kəşfiyyatdan dəfələrlə xəbərdarlıq alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat dərc edib.

Məlumata görə, İsrail kəşfiyyatı Baş naziri  ölkənin rəqiblərinin o zaman İsraildə planlaşdırdıqları sosial çevriliş haqda xəbərdar edib.

“2023-cü ilin mart-iyul ayları arasında kəşfiyyat agentliyi dörd müxtəlif xəbərdarlıq məktubu göndərib. Kütləvi nümayişlər zamanı Hərbi Hava Qüvvələrinin ehtiyatda olan hərbçiləri və digər hərbçilər hökumətin addımlarına etiraz olaraq xidməti dayandırıblar. Bu, ordunun İsrailin müdafiə qabiliyyəti üçün mümkün fəsadlar  yaradacağı barədə xəbərdarlıq etməsinə səbəb olub”, – deyə məlumatda bildirilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az