İsrail İsmayıl Haniyənin qətlinə görə cavabını alacaq – SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HAMAS-ın Siyasi Bürosunun bir neçə gün əvvəl öldürülmüş rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı üçüncü bəyanatını yayıb.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, SEPAH-ın bəyanatında bildirilir ki, bu hərəkət İsrail tərəfindən layihələndirilib, həyata keçirilib və ABŞ hökuməti tərəfindən dəstəklənib.

“İstintaq və araşdırmalara görə, terror əməliyyatı qonaqların yerləşdiyi ərazidən kənardan güclü partlayışla yanaşı, təxminən 7 kiloqram döyüş başlığına malik qısa mənzilli mərmi atılmaqla həyata keçirilib”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da vurğulanır ki, İsrail İsmayıl Haniyənin qətlinə görə cavabı lazımı vaxt, məkan və keyfiyyətdə alacaq.