
“İsrail yaxın günlərdə ABŞ-la birlikdə İrana sərt cavab verəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
Telekanal İsrailin İran rejimindən ağır qiymət tələb edəcəyini bildirib.
“Gözlənilən sərt cavab Bayden administrasiyası ilə müzakirə olunur. Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında tezliklə telefon danışığının baş tutacağı istisna edilmir. İsrailin cavab tədbiri bir neçə gün ərzində baş tuta bilər”, – telekanal bildirib.
İsrail həmçinin İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün ABŞ və ümumilikdə Qərbə güclü diplomatik təzyiq göstərməyə çalışır. ABŞ-ın bütün məsələlərdə İsraili dəstəkləyəcəyi və Təl-Əvivi İranın növbəti hücumlarından müdafiə edəcəyi vurğulanır.
KİV həmçinin bildirir ki, İsrail Hərbi Hava cavab zərbələrinə hazırdır və siyasi rəhbərlikdən göstəriş gözləyir.
Müşviq Tofiqoğlu
Globalinfo.az