dnepr

Dneprə endirilən zərbə nəticəsində yaralananların sayı 40-a yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Vladislav Qayvanenko məlumat verib.

    Yaralıların böyük əksəriyyəti xəstəxanalardadır, 11 nəfərin vəziyyəti ağırdır.

    Həlak olanların sayı dəyişməyib.

    Axtarış-xilasetmə işləri başa çatıb.

    Qeyd edək ki, raket zərbəsi nəticəsində 4 nəfərin həlak olduğu açıqlanmışdı.

    Paylaş: