İsrail hərbçiləri HƏMAS-ın parlament binasını ələ keçirdi – FOTO

İsrail ordusu Qəzzanın parlament binasını ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of İsrail” nəşri məlumat yayıb.

İsrail hərbçilərinin HƏMAS-ın parlament binasından fotosu da yayılıb.

Həmin fotonu təqdim edirik:

Qeyd edək ki, Qəzzadakı Fələstin Qanunvericilik Şurasının binası 2007-ci ildə HƏMAS-ın zolağı ələ keçirməsindən sonra yalnız HƏMAS-ın qanunvericilərinə xidmət göstərib.