66201335f2a5a66201335f2a5b171337810166201335f2a5866201335f2a59

“İsrail aprelin 15-i axşam saatlarında İrana cavab zərbəsi endirməyi planlaşdırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri Amerika və İsrail rəsmilərinə istinadən xəbər yayıb.

“İsrail aprelin 15-i axşam saatlarında İrana qarşı cavab tədbirləri görmək istəyib, lakin hücumu təxirə salmaq qərarına gəlib. Qüds qərarından ABŞ məlumatlandırılıb”, – mənbə bildirib.

Nəşr yazır ki, İran və İsrail arasındakı münaqişədə heç bir ölkə zəif görünmək istəmir. Bu isə regional müharibə riskini artırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: