ne al

İsrail avstraliyalı diplomatların vizalarını ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq sülh səylərinə zərbə vurduğu iddia edilib.

“Bu, Avstraliyanın Fələstini tanımaq qərarından sonra verilən ədalətsiz cavabdır. Biz Qəzzada atəşkəsin təmin edilməsini dəstəkləyirik və bu səylərimizə davam edəcəyik”, – rəsmi sənəddə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: