İsrail Aİ-ni məlumatlandırdı – İrana qarşı əməliyyatlar genişlənəcək

2 5 scaled

İsrail hərbi əməliyyatları davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı zamanı deyib.

Nazir bildirib ki, İsrail ordusunun İranda həyata keçirdiyi əməliyyatlar və ölkənin özündə qeydə alınan mülki itkilər barədə Avropa İttifaqına məlumat verib.

“İranın nüvə proqramı, ballistik raketləri və pilotsuz uçuş aparatlarına qarşı İsrailin gördüyü tədbirlər Avropanın təhlükəsizliyinə birbaşa töhfə verir”, – Saar qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az