İsrail-ABŞ gərginliyi arta bilər: Netanyahudan qalmaqallı Qəzza AÇIQLAMASI

İsrailin Baş naziri Benyamin Netanyahu müharibədən sonra Qəzzanın təhlükəsizliyinin Təl-Əvivin nəzarətində olacağını bir daha bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, Netanyahu yanvarın 19-da ABŞ Prezidenti Co Baydenlə telefon danışığında ona çatdırdığı fikirləri yenidən təkrarlayıb. Qeyd olunub ki, Netanyahu müharibədən sonra İsrailin Qəzzanın təhlükəsizliyini tam nəzarətə götürəcəyini vurğulayır. Amma bu, Fələstin dövlətinin yaradılması tələbləri ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, yanvarın 18-də keçirdiyi mətbuat konfransında da Netanyahu iki dövlətli həll təkliflərini rədd edib və bu fikrini ABŞ prezidentinə çatdırdığını açıqlayıb.

Bayden isə yanvarın 19-da Netanyahu ilə telefon danışığında İsrail və Fələstin arasında gərginliyin bitməsinin yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu diqqətə çatdırıb.

Əliyar Xəlil,

Globalinfo.az