İsmayıllıda ağır qəza: 5 Hindistan vətəndaşı yaralandı – ADLAR

İsmayıllıda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

Yol qəzasında beş Hindistan vətəndaşı – Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju və bir Azərbaycan vətəndaşı Rəsul Mübariz oğlu Şirinov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

***

Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüb.

Globalinfo.az  xəbər verir ki, ilkin məlumata görə, hadisə axşam saatlarında Muğanlı – İsmayıllı avtomobil yolunda, İsmayıllı rayonun Tircan kəndindən keçən hissəsində qeydə alınıb. Baş verən yol nəqliyyat hadisə nəticəsində Hindistan vətəndaşlar olan 6 nəfər ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.