İrəvanla Tehran arasında razılaşma: müddət uzadıldı

İran və Ermənistan arasında “Elektrik enerjisi müqabilində qaz” müqaviləsinin müddətinin uzadılması və ixrac həcminin artırılması ilə bağlı sənəd imzalanıb. 

Globalinfo.az xəbər verir ki, müqaviləni İrəvan İstilik Elektrik Stansiyası QSC-nin baş direktoru Aram Qazaryan və İran İslam Respublikasının neft nazirinin müavini Məcid Çegeni imzalayıblar.

İki ölkə arasında imzalanan müqavilənin müddəti 2030-a qədər uzadılıb.

Əliyar Xəlil
Globalinfo.az