Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsini təklif edir. Azərbaycan isə hələlik bu təklifə müsbət reaksiya verməyib.
Ekspertlər iddia edir ki, özəl şirkətin missiyası Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılmasın təmin etmək ola bilər. Yəni Azərbaycandan gedən sərnişinlər və daşınan yükləri belə bir şirkət müşayiət edə bilər.
Bununla belə ekspertlər bu təklifin Bakı üçün məqbul olmadığını da deyir.
Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, özəl şirkətlərin bu və ya digər formada təhlükəsizliyi təmin etməsi kimi təcrübə var:
Fərid Şəfiyev
“Lakin məhz hansısa dəhlizə nəzarət təhlükəsizliyi təmin edilməsinin özəl şirkətə verilməsi təcrübəsi yenidir. Bunun bir örnəyi yoxdur. Əslində Bakını narahat edən məqam da budur.
Təklif ilə bağlı detallar bəlli olmasa da ümumən baxanda bunu məqbul saymaq olar. Məsələ ondadır ki, bizim üçün əsas məsələ dəhlizin açılması və təhlükəsizliyidir. Görünür, Ermənistan dəhlizə Rusiyanın nəzarət etməsini istəmir. Əslində Azərbaycanda dəhlizə rusların nəzarət etməsində maraqlı deyil.
Azərbaycan üçün indiki məqamda əsas məsələ dəhlizin açılması və təhlükəsizliyin təminidir. Yəni bu məsələ ilə bağlı alternativ təkliflər müzakirə edilə bilər”.
Turan Rzayev
Globalinfo.az