İrəvandan Laçın postuna yeni TIR-lar yola düşdü – FOTO

Ermənistanın paytaxtı İrəvandan Laçın postuna əlavə iki TIR-da yola salınıb.

Globalinfo.az xəbər verir ki, “Grand Candy” şirkətinə məxsus olan bu yük maşınları günlərdir Laçın postunu keçmək üçün icazə gözləyən 19 TIR-a qoşulacaq.

Son iki yük maşınında uşaqlar üçün müxtəlif şirniyyatların göndərildiyi deyilsə də, TIR-ların dəqiq olaraq nə daşıdıqları məlum deyil.

Xatırladaq ki, öncə göndərilən 19 TIR-ın sadəcə humanitar yük daşıdığı bildirilmişdi. Amma daha sonra bu TIR-ları göndərən “Spayka” şirkətinin 44 günlük müharibə zamanı Qarabağdakı separatçılara silah daşımasına dair görüntülər ortaya çıxmışdı.

Ayşən Mustafa
Globalinfo.az