irevan kreml

“Ermənistan-Rusiya əlaqələrində çatların olduğu, İrəvanın Moskvadan ayrılma cəhdləri aydın görünür. Xüsusilə də seçki öncəsi təhrik edilən revanşistlərin simasında baş nazir Nikol Paşinyan hər şeyi yaddaşına yazır. Elə bu səbəbdəndir ki, Ermənistan məhz TRIPP layihəsi vasitəsilə tədarük təhlükəsizliyini möhkəmləndirmək istiqamətində ardıcıl adımlar atır”.

Bu sözləri Globalinfo.az-a politoloq Şəhbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Ermənistan xarici təhlükələrə qarşı həssas qalmamaq üçün resurs tədarükünü möhkəmləndirməli olduğunu anlayır:

“Çünki asılılıq ölkəni xarici təlatümlərə qarşı həssas edir. Bir marşrut, istiqamət və aktordan böyük nisbətlə asılılıq gecikmələrə səbəb olur, əlavə xərclər riskini artırır, iqtisadi baxımdan bazardakı dəyişikliklərə çevik reaksiya vermək imkanları məhdudlaşırır, siyasətdə də manevr imkanlarını darlaşdırır.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) birdən-birə çıxmama səbəbini məhz qarşıda dayanan seçkilərlə əlaqələndirmək olar. Aydın məsələdir ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib, bu istiqamətdə Qərb təsisatları və institutları ilə əlaqələri var. Baş nazir hələlik Ermənistandakı müxalif qüvvələrə, revanşistlərə, sülh prosesinə və bütövlükdə hökumətin siyasətinə qarşı olan kəslərə məhz Rusiya vasitəsilə təhrik edildikləri üçün səbrlə yanaşır.

WhatsApp Image 2024 05 29 at 15.39.33
Şəbnəm Həsənova 

Düşünürəm ki, KTMT-dən formal olaraq çıxmamağın səbəbi seçkiləri gözləməkdir. Başqa bir ehtimal isə seçkilərin önə çəkilməsi məsələsidir. Paşinyanın ilk olaraq seçkiləri sakit qaydada yola verdikdən sonra KTMT məsələsini konkretləşdirəcəyi və formal qaydada addımlar atacağı gözlənilir.

Təbii ki, əgər iqtisadi asılılıq azaldılarsa, o zaman digər addımlar atmaq daha risksiz olacaq. Düşünürəm ki, bu, zaman məsələsidir və Paşinyan bu istiqamətdə addımlarını indidən sıralayıb. Onu da vurğulamaq lazımdır ki, dövlətlər artıq formallıqdan daha çox, əməli işə keçmək zərurəti ilə üz-üzə qalıblar. Bu baxımdan, KTMT kimi onsuz da işlək mexanizmi olmayan qurumdansa, güclü dayaqları olan təsisatlar daha cəlbedici və lazımlıdır. Bütün bu səbəblərdən Ermənistanın KTMT-dən çıxması da tutmuş olduğu yola uyğundur”.

Turan Rzayev
Globainfo.az

 

Paylaş: