“Bakıda keçirilən COP29 sammitində iştirakla bağlı yekun qərarımız hələ yoxdur”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Sammitə qatılmayacağımız və ya hansı səviyyədə qatılacağımızla bağlı qərar olanda ictimaiyyəti məlumatlandıracağıq”, – V.Kostanyan bildirib.
O, veriləcək qərarın müzakirələrin dinamikasından asılı olacağını qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az