
İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısını ifadə edən bir qrup İran azərbaycanlısının görüntülərini internetdə kimin yaydığı aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
MTX bildirib ki, araşdırmalar nəticəsində videonu “Müstəqil Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökümət təşkilatının rəhbərinin yaydığı ortaya çıxıb. Həmin şəxsin görüntüləri öz “facebook” hesabı və müxtəlif informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə paylaşdığı qeyd olunub. Məsələ ilə bağlı araşdırma davam edir, şəxsib barəsində məlumatlar istintaq orqanlarında təqdim olunub.
Onun barəsində siyasi və sosial şəraitdə, bir və ya bir neçə şəxs qarşı nifrət, dözümsüzlük yaratmaq, yaxud təbliğ etmək məqsədi daşıyan ictimai çıxışın edilməsi əsası ilə cinayət işi açılıb.
Əliyar Xəlil
Globalinfo.az